AZ

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan MDB ölkələrinə 565 milyon 261 min dollarlıq məhsul ixrac edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 80 milyon 17 min ABŞ dolları (16,5%) çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 1 milyard 111 milyon 695 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2025-ci ilin ilk 4 ayına nisbətdə 1 milyard 84 milyon 673 min dollar və ya 49,4% azdır. 

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 485,2 milyon ABŞ dolları, idxalının dəyəri isə 2,2 milyard ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
16
banco.az

1Mənbələr