AZ

“Trump Media” bitkoin satışından $200 milyon itirib

ABŞ prezidentinin ailəsi ilə əlaqəli və “Truth Social” sosial şəbəkəsinə sahib olan “Trump Media & Technology Group” 2650 bitkoini 205 milyon dollara satıb. “Lookonchain”in hesablamalarına görə, şirkət bir ildən az müddətdə kriptovalyutanın dəyərinin azalması səbəbindən ümumilikdə 455 milyon dollar zərər edib.

Şirkət orta hesabla 118 522 dollar qiymətlə 11,5 min bitkoin alıb. Dörd ay əvvəl 2 min BTC-ni 87 378 dollardan çıxarıb. Mayın 21-də isə daha 2,65 min BTC-ni 77,2 min dollar qiymətlə “Crypto.com” birjasına köçürüb.

Beləliklə, “Lookonchain”in hesablamalarına görə, “Trump Media” bitkoin aktivləri üzrə ümumilikdə 455 milyon dollar zərər edib. “Arkham Intelligence” məlumatına əsasən, hazırda şirkətin balansında dəyəri 532 milyon dollar olan 6,89 min BTC qalır.

2025-ci ilin iyulunda “Trump Media” bitkoinə yatırımlarının 2 milyard dollara çatdığını açıqlamışdı. Həmin vaxt bu, şirkətin 3 milyard dollar dəyərində qiymətləndirilən likvid aktivlərinin təxminən üçdə ikisini təşkil edirdi.

2026-cı ilin may ayının əvvəlində “Trump Media” 2026-cı ilin birinci rübü üzrə 406 milyon dollar zərər açıqlayıb. Bunun 368 milyon dolları rəqəmsal aktivlər və qiymətli kağızlar üzrə reallaşdırılmamış zərərlərin payına düşüb.

Seçilən
59
banker.az

1Mənbələr