AZ

Maaşları ala bilməyən ustalar günbəzəÇIXDILAR

Türkiyənin Sivas şəhərində tikintisi davam edən Mərkəzi Məscid və Kompleksin tikintisində çalışan mərmər ustaları maaşlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər.

Redaktor.az xəbər verir ki, işçilər pullarının ödənilmədiyini əsas gətirərək məscidin günbəzinə çıxıblar.

Onlar günbəzdən “Yalana-dolana ehtiyac yoxdur, alın tərimizi istəyirik” yazılmış pankart asaraq etiraz ediblər.

Hadisə yerinə polis və yanğınsöndürmə briqadaları cəlb olunub. Etiraz zamanı günbəzdə olan işçilərdən birinin saz çalaraq türkü oxuduğu da müşahidə edilib.

Təxminən iki saat davam edən aksiyadan sonra işçilər razı salınaraq günbəzdən endiriliblər. Daha sonra onların ifadə verməsi üçün polis bölməsinə aparıldığı bildirilib.

NURİYYƏ

Seçilən
18
1
redaktor.az

2Mənbələr