AZ

"Braziliyada federal torpaq sahələrinin dəyəri 400 milyard dollardır" -

“Braziliyada sərhəd əraziləri və ölkənin bütün sahil xətti boyunca federal mülkiyyət hesab edilən bir xətt mövcuddur. Çünki bu ərazilər həm müdafiə baxımından, həm də ətraf mühit baxımından stratejidir”.Metbuat.az-ın məlumatına görə, bu fikirləri Braziliya Federal Mülkiyyət Katibliyinin müavini Aleksandra Davila Veyera “Şəhər inkişafı üçün torpaq əsaslı strategiya kimi əmlakın idarə olunması” adlı sessiyada çıxışı zamanı deyib. Onun sözlərinə görə, Braziliyada torpaq qanunvericiliyi ölkənin respublikaya keçid dövründə formalaşdırılıb və torpaqların dövlət, özəl və federal mülkiyyətə bölgüsünü müəyyən edib. Bu gün həmin sistemin nəticəsi olaraq təxminən 800 min federal torpaq sahəsi mövcuddur və onların ümumi dəyəri təxminən 400 milyard dollar olaraq qiymətləndirilir.“Braziliya Konstitusiyasında torpağın sosial və ekoloji funksiyası prinsipi təsbit olunub. Bundan əlavə, “şəhər hüququ” və torpağın sosial funksiyasını tənzimləyən qanunlar da mövcuddur. Biz torpaq münasibətlərini həm dövlət, həm də özəl mülkiyyət çərçivəsində hüquqi qaydalarla tənzimləyirik”, - deyə Veyera bildirib.

Aynur Abdınova / Metbuat.az

Seçilən
5
metbuat.az

1Mənbələr