AZ

Hoteldə yanğın: 4 yaralı

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Tailandın cənub-şərqində yerləşən Pattaya şəhərindəki səkkizmərtəbəli AJ Plus hotelində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Məlumata görə, yanğın hotelin damında yerləşən restoranda başlayıb. Alov qısa müddətdə yeddinci mərtəbəyə keçib və bu səbəbdən hotel sakinləri arasında təşviş yaranıb.

Hadisə zamanı təxminən 240 nəfər hotel qonağı təxliyə edilib. Yanğın nəticəsində 4 nəfər xəsarət alıb.

Bildirilir ki, zərərçəkənlərdən biri İndoneziyadan olan azyaşlı oğlan, digər ikisi isə Tailand vətəndaşı olan qadınlardır. Onlar tüstüdən zəhərləniblər. Daha bir tailandlı kişinin isə bədəninin 20 faizində yanıq xəsarətləri qeydə alınıb.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
redaktor.az

2Mənbələr