AZ

Bakıdan Tiflisə qatarla gediş-gəliş qiyməti DƏYİŞDİRİLİR?

Yazını böyüt
Yazını kiçilt

"Bakı-Tiflis-Bakı sərnişin qatarı ilə daha ucuz qiymətə sərnişin daşınması ilə bağlı araşdırmalar aparılır".

Hafta.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, bu istiqamətdə müzakirələr aparılır:

"Hazırda müəyyən çalışmalara başlanılıb. Sərnişinlərə fərqli və daha aşağı tarifdə siniflərin təqdim edilməsi üzərində iş gedir".

Xatırladaq ki, mayın 25-dan etibarən Bakı-Tiflis-Bakı sərnişin qatarı fəaliyyətə başlayır. Marşrut üzrə sərnişin daşıması 81 manatdan başlayır.

Seçilən
55
10
hafta.az

10Mənbələr