AZ

Cümhuriyyət Xalq Partiyası parçalanır

Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrinin ləğvi qərarı və Özgür Özəlin postundan uzaqlaşdırılmasından sonra yeni partiya qurulacağı ilə bağlı iddialar gündəmdədir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partiyanın adının Əkrəm İmamoğlunun adının qısaltması olan "EKİM Partiyası" olacağı iddia olunur.

“CNN TÜRK” aparıcısı Meltem Bozbeyoğlunun sözlərinə görə, Türkiyə Daxili İşlər Nazirliyinə bu adla bağlı heç bir müraciət edilməyib.

“Şayiələrə görə, lazım gələrsə, mövcud partiyalardan birinin adı “EKİM” partiyası olaraq dəyişdiriləcək. Bu adın Əkrəm İmamoğlunun adından götürüldüyü düşünülür. İddialara görə, ilk hecadakı "Ek" Əkrəmi, "İm" isə İmamoğlunu təmsil edir", - deyə o qeyd edib.

Seçilən
27
2
publika.az

3Mənbələr