AZ

“Lukoil”in rəhbəri Vahid Ələkbərov: “Yaxın Şərqdəki münaqişənin qlobal neft bazarına təsiri qısamüddətli olacaq”

“Lukoil” şirkətinin təsisçisi Vahid Ələkbərov hesab edir ki, Yaxın Şərqdəki münaqişənin qlobal neft bazarına təsiri qısamüddətli olacaq.

“Bu gün neft qiymətləri ətrafında çoxlu müzakirələr gedir. Biz hesab edirik ki, İran problemi lokal xarakter daşıyır, lakin qlobal bazara təsir göstərir. Bu problem çox tez aradan qalxa bilər, buna görə də strategiyanı onun üzərində qurmaq olmaz. Strategiya real qiymətlər və real iqtisadiyyat üzərində qurulmalıdır”, — deyə o, “Vesti” telekanalına müsahibəsində bildirib.

Hörmüz boğazında baş verənlərin Rusiya yanacaq-enerji kompleksi üçün problem olub-olmaması ilə bağlı suala cavab verən Ələkbərov deyib: “Bu problem deyil, bu, büdcə və şirkətlər üçün əlavə gəlirdir. Lakin anlamalıyıq ki, bu gəlir çox qısamüddətli olacaq. Əvvəllər etdiklərimizi inkişaf etdirmək lazımdır”.

Onun sözlərinə görə, neftə tələbat və qlobal bazarda rəqabət artmaqda davam edəcək. “Qlobal bazardakı rəqabət heç yerə getməyib, o qalır və daha da güclənəcək. Çünki bizim məhsulumuza bütün dünya tərəfindən tələbat var. Bu gün çox sayda ölkənin əhalisi bizim məhsulun istehlakına qoşulur”, — Ələkbərov qeyd edib.

Ələkbərov həmçinin vurğulayıb ki, Rusiyanın neft-qaz sənayesi bu rəqabətə tab gətirir. “Mən hesab edirəm ki, Rusiyanın neft-qaz sənayesi bu gün rəqabətqabiliyyətlidir: o, 30 ildən çox inkişaf mərhələlərinin hamısından keçib, nəinki qorunub saxlanılıb, həm də yeni texnologiyalar tətbiq edib və onları inkişaf etdirir. Bu gün avadanlıqlarımızın 96%-i Rusiya istehsalıdır — bu, sahənin gücündən xəbər verir. Sənaye çətin dövrə hazırlaşıb və onu sakit şəkildə keçir”, — o bildirib.

Seçilən
37
banker.az

1Mənbələr