AZ

Çinin XİN ABŞ-də BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək

Çinin xarici işlər naziri Vanq Yi mayın 26-da BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasına sədrlik etmək üçün Nyu-Yorka səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə mayın 22-də Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Vanq Yi mayın 28-də Nyu-Yorkda keçiriləcək Qlobal İdarəetmə Dostları Qrupunun iclasında da iştirak edəcək.

Bildirilib ki, Çinli nazir səfər çərçivəsində BMT-nin Baş katibi və müxtəlif ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirəcək.

Eyni zamanda qeyd olunub ki, Vanq Yi Kanada xarici işlər naziri Anita Anandın dəvəti ilə 28-30 may tarixlərində Kanadaya rəsmi səfər edəcək.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
19
redaktor.az

1Mənbələr