İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiola ilə mövsümün sonunda yollarını ayıracağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ispaniyalı mütəxəssis 2016-cı ildən Premyer Liqa təmsilçisində işləyib. O, komanda ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə ölkə kubokunun, 5 dəfə İngiltərə Liqa Kubokunun, 1 dəfə isə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.