Bu il Azərbaycanda ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri 13 iyun tarixində keçiriləcək.
Publika.az xəbər verir ki, məzun günü mərasimləri iki saatlıq formatda təşkil olunacaq və saat 08:00-da başlayaraq 10:00-da başa çatacaq.
Qaydalarına əsasən, hər bir şagird tədbirə yalnız bir valideynlə birlikdə qatıla biləcək.
Məktəblərdə təhlükəsizlik və nizam-intizamın təmin edilməsi məqsədilə iştirakçı sayına məhdudiyyət tətbiq olunması nəzərdə tutulur.
Eyni zamanda, şagirdlərin mərasimdə məktəb formasında iştirak etməsi məcburi tələb kimi müəyyən edilib.