AZ

Hörmüz və uran savaşı: ABŞ-İran sülh sazişində yeni tələblər masada

Yaxın Şərqdə davam edən hərbi qarşıdurmanın dayandırılması və Hörmüz boğazındakı blokadanın aradan qaldırılması üçün diplomatik vasitəçilik missiyasını icra edən regional güclərdən növbəti mühüm bəyanat gəlib. ABŞ və İran arasında keçid razılaşmasının əldə olunması istiqamətində danışıqların gedişatı qlobal diqqət mərkəzindədir.

Musavat.com xəbər verir ki, Pakistan hökuməti Vaşinqton və Tehran arasında müharibəyə son qoyacaq aralıq (keçid) sazişinin imzalanması imkanlarını hələ də müsbət qiymətləndirir. Bu barədə nüfuzlu "Al Jazeera" telekanalına danışan rəsmi mənbə İslamabadın diplomatik prosesin gələcəyinə nikbin baxdığını bəyan edib. Mənbə bildirib: "İslamabad hələ də Vaşinqton və Tehran arasında aralıq razılaşmaların əldə olunması imkanlarına böyük optimizmlə yanaşır".

Bununla belə, vasitəçi tərəfin verdiyi məlumata görə, danışıqlar masasında gərginlik və şərtlərin ağırlığı hələ də qalmaqdadır. Çünki həm Amerika, həm də İran tərəfi qarşılıqlı sənəd imzalanmazdan əvvəl öz mövqelərini maksimum dərəcədə gücləndirməyə çalışırlar. Mənbə xüsusilə vurğulayıb ki, tərəflər zənginləşdirilmiş uranın gələcək taleyi və Hörmüz boğazı üzərindəki nəzarət rejimi ilə bağlı öz tələblərinin dərəcəsini və "pilot xəttini" əhəmiyyətli dərəcədə qaldırmaq əzmindədirlər. 

Musavat.com

Seçilən
24
50
musavat.com

10Mənbələr