AZ

ADDA nümayəndə heyəti Piri Reis Universitetində olub FOTOLAR

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Türkiyə Respublikasında həyata keçirilən işgüzar səfər çərçivəsində 18 may 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) nümayəndə heyəti Piri Reis Üniversitesində (PRU) olub.Demokrat.az xəbər verir ki, ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayevin rəhbərlik etdiyi nümayəndə heyətini PRU rektoru Nafiz Arıca və universitetin rəhbər heyəti ilə geniş tərkibli görüşü keçirilib.Nafiz Arıca hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini bildirib. O qeyd edib ki, universitetlərin potensiallarının birləşdirilməsi nəticəsində daha güclü akademik göstəricilərin əldə olunacağına, mövcud əməkdaşlığın konkret və dayanıqlı nəticələr verəcəyinə dair böyük ümidlər bəsləyir. PRU rektoru əsas məqsədin yalnız Memorandum imzalanması deyil, dayanıqlı və praktik əməkdaşlıq mexanizmlərinin qurulmasının önəmini vurğulayıb.Görüşdə Nafiz Arıca universitetin yaranma tarixi, inkişaf mərhələləri və müasir təhsil modeli barədə geniş təqdimatla çıxış edib. O, universitetin “işə yönəlik təhsil” fəlsəfəsi əsasında fəaliyyət göstərdiyini, xüsusilə “iş yerində peşəkar təlim” modelinin tətbiqinə başlanıldığını vurğulayıb, 51 maddəlik süni intellekt strategiyasının hazırlanması və bunun təhsil-sənaye inteqrasiyasına verəcəyi töhfələrdən danışıb.ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev akademiyanın tarixi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılması, Xəzər hövzəsi ölkələri üçün dənizçi kadrların hazırlanmasındakı rolu və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib. O, Piri Reis Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbə-müəllim mübadiləsi, ikili diplom proqramları, ortaq elmi-tədqiqat layihələri, magistrant və doktorantlar üçün birgə elmi rəhbərlik imkanları və rəqəmsal təhsil həllərinin prioritet istiqamətlər olduğunu vurğulayıb.Görüş zamanı Piri Reis Universiteti barədə geniş təqdimat nümayiş etdirilib. Bildirilib ki, universitet Türkiyədə ən yüksək tədqiqat büdcəsinə malik ali təhsil müəssisələrindən biridir. Eyni zamanda, elmi istinad göstəricilərinə görə ölkə üzrə ikinci, beynəlmiləlləşmə göstəricisinə görə isə dördüncü yerdə qərarlaşıb. N.Arıca WoS indeksli nəşrlərin sayının son bir ildə 126-dan 193-ə yüksəldiyini də diqqətə çatdırıb.Universitetin prorektorları Prof. Dr.H.Funda Yercan və Prof.Dr.M.Ziya Söğüt çıxış edərək Xəzər regionunda enerji, dənizçilik və birgə elmi tədqiqatlar və nəşrlər sahəsində əməkdaşlıq imkanlarını vurğulayıb, həmçinin davamlılıq üzrə rüblük bülletenlərin hazırlanması və bu istiqamətdə ortaq fəaliyyətlərin həyata keçirilməsinin mümkünlüyünü bildiriblər.Daha sonra hər iki universitetə dair videoçarxlar nümayiş olunub.PRU rəhbərliyi ADDA nümayəndə heyətini universitetin Dənizçilik Muzeyi, amfiteatrı, 756 nəfərlik konfrans zalı, müasir simulyator otaqları, kitabxanası və təlim hovuzu ilə tanış edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
demokrat.az

1Mənbələr