AZ

Amina Mohammed: Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya üzrə əsas qlobal platformadır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 may, AZƏRTAC

Geosiyasi gərginliklər və münaqişələrin dünya liderlərinin gündəmini zəbt etdiyi bir dövrdə Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya və insan məskunlaşmaları üzrə əsas qlobal platforma olduğunu bir daha nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini Amina Mohammed BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında deyib.

O, Azərbaycana, UN-Habitat-a və bütün tərəfdaşlara WUF13-ün uğurlu təşkilinə görə təşəkkür edib. Amina Mohammed bildirib ki, forum hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, yerli icmaları, gəncləri, qadın qruplarını, akademik dairələri və BMT sistemini ortaq urban gələcək ətrafında bir araya gətirib.

BMT Baş katibinin müavini qeyd edib ki, Bakıda keçirilən müzakirələr bir həqiqəti bir daha təsdiqləyib: Mənzil məsələsi yerli fəaliyyət tələb edən qlobal gündəmdir.

O vurğulayıb ki, mənzilə insan və ləyaqət prizmasından yanaşılmalı, bu sahədə həyata keçirilən siyasətlər dayanıqlılığı gücləndirməli, sosial və iqtisadi həyatı canlandırmalı və insanı mərkəzə qoyaraq gələcəyi formalaşdırmalıdır.

Müxbir - Aytən Abbaslı

Fotoqraf - Əziz Kərim

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
azertag.az

2Mənbələr