AZ

Kirayə mənzillər ucuzlaşacaq? – Açıqlama

Müəllif: Gülnar Əhmədli, Banco.az

Daşınmaz əmlak bazarında, xüsusilə kirayə mənzillər üzrə qiymətlərin dəyişməsi daim müzakirə olunan mövzulardan biridir. Bu dəyişikliklər təkcə iqtisadi amillərlə deyil, eyni zamanda mövsümi faktorlarla da sıx bağlıdır. İlin müxtəlif dövrlərində bazarda həm təklif, həm də tələbin səviyyəsi dəyişir və bu da birbaşa qiymətlərə təsir göstərir.

Xüsusilə yay və payız aylarında bu fərq daha aydın hiss olunur. Bu dövrlərdə baş verən dəyişiklikləri anlamaq üçün bazarda formalaşan davranışları və əsas təsir amillərini nəzərə almaq vacibdir.

İqtisadçı Natiq Cəfərli  Banco.az-a açıqlamasında bildirib ki, yay aylarında qiymətlərdə müəyyən azalma müşahidə olunur:

"Bunun əsas səbəblərindən biri, xüsusilə son kurs tələbələrinin təhsilini başa vuraraq qaldıqları mənzilləri boşaldırlar. Universitetlərlə vidalaşan bu tələbələr bazarda təklifin artmasına səbəb olur və nəticədə qiymətlərdə müvəqqəti eniş yaranır".

İqtisadçının sözlərinə görə, lakin sentyabr ayından etibarən tələbələrin yenidən şəhərə qayıtması ilə qiymətlərdə artım müşahidə edilir: "Buna görə də bu azalmalar mövsümi xarakter daşıyır və uzunmüddətli, daimi bir tendensiya kimi qiymətləndirilmir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
20
1
banco.az

2Mənbələr