AZ

"Şaxtyor"un əfsanəsi yaşıl meydanlarla vidalaşdı

Donetsk "Şaxtyor"unun əfsanəvi yarımmüdafiəçisi Taras Stepanenko peşəkar futbolçu karyerasını başa vurub.

Fanat.Az xəbər verir ki, Ukrayna klubu rəsmi sosial şəbəkə hesablarında bu barədə paylaşım edib:

"Əfsanə həmişə ürəklərdədir. "Şaxtyor"un ürəyi! Hər şeyə görə təşəkkürlər, Taras! Taras Stepanenko karyerasını bitirib".

Stepanenko 2010-2015-ci illər aralığında "Şaxtyor"un uğurları üçün çalışıb. O, 14 mövsüm ərzində "mədənçilər"in sıralarında 439 rəsmi matça çıxaraq 30 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. 36 yaşlı futbolçu 100-dən çox görüşdə kapitan sarğısını daşıyıb. Orta xətt oyunçusu karyerasının son ilində "Eyüpspor" və "Kolos"da top qovub.

Toğrul

Seçilən
25
1
fanat.az

2Mənbələr