AZ

"WUF13- də iştirakçıların 55 faizi qadınlardan ibarət olub" -

Bakı Çağırışı” forumun əsas nəticəsi kimi gələcək fəaliyyət üçün yol xəritəsi rolunu oynayır və Dayanıqlı İnkişaf Məqsədləri, Yeni Şəhər Gündəliyi, COP və Gələcəyin Sammiti ilə əlaqələndirilir.Metbuat.az xəbər verir ki, BMT-nin İnsan Məskənləri Proqramının (BMT-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekununda çıxışı zamanı deyib. Onun sözlərinə görə, WUF13-də 176 ölkədən 57 min nəfər qeydiyyatdan keçib, onlardan 3 mini onlayn formatda qatılıb. Rossbax əlavə edib ki, iştirakçıların 55 faizi qadın və qızlardan ibarət olub ki, bu da inklüziv şəhərsalma gündəliyinin göstəricisidir.O bildirib ki, forum çərçivəsində 11 dövlət və hökumət başçısı, 88 nazir, 76 nazir müavini və 130 mer iştirak edib, 579 sessiya keçirilib və Urban Expo-ya 74 mindən çox ziyarətçi gəlib.BMT-Habitat rəhbəri vurğulayıb ki, forumun əsas mesajı mənzil məsələsinin artıq təkcə sektor problemi deyil, sosial bərabərsizlik, sabitlik, dayanıqlılıq və sülhlə birbaşa bağlı sistemli qlobal çağırış olmasıdır. Onun sözlərinə görə, adekvat mənzil insan hüququdur və şəhər siyasətlərinin mərkəzində dayanmalıdır.Anaklaudia Rossbax qeyd edib ki, XIV Ümumdünya Şəhərsalma Forumu (WUF14) 2028-ci ildə Meksikanın Mexiko şəhərində keçiriləcək.Rossbax çıxışının sonunda Azərbaycan hökumətinə, Bakı şəhərinə, təşkilatçılara, könüllülərə və bütün iştirakçılara təşəkkür edib və ortaq baxışı real fəaliyyətə çevirməyə çağırıb.

Gülbəniz Hüseynli / Mətbuat.az

Seçilən
22
1
metbuat.az

2Mənbələr