AZ

Milli Məclisin deputatı Culfada seçiciləri ilə növbəti görüşünü keçirib FOTO

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Ləkətağ kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib. Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının sədri Qadir İbrahimovun da iştirak etdiyi görüşdə Ləkətağ kəndindən olan seçicilərlə yanaşı, Boyəhməd kəndindən olan seçicilər də iştirak ediblər.

Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
4
sia.az

5Mənbələr