sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Napoli" "Bolonya"nın baş məşqçisi Vinçenzo İtaliano ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə italiya mətbuatı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Neapol təmsilçisi ona bir il də uzatmaq şərti ilə 2028-ci ilə qədər müqavilə təklif edib. Hazırda İtaliano təklifi nəzərdən keçirir. "Milan" və "Bornmut"un da onun xidmətində maraqlı olduğu bildirilir.
Qeyd edək ki, "Napoli"nin hazırkı çalışdırıcısı Antonio Kontenin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir. İtalianodan əlavə, Enso Mareska da Neapol klubu çalışdırmağa namizədlər arasındadır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.