AZ

WUF13 iştirakçılarının 55 faizini qadınlar və qızlar təşkil edib

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) 176 ölkədən 57 mindən çox iştirakçı iştirak edib.

Ölkə.az xəbər verir ki, bu barədə Anaklaudia Rossbax forumun bağlanış mərasimində məlumat verib.

Onun sözlərinə görə, tədbirə 2 mindən çox şəxs onlayn formatda qoşulub. Forum çərçivəsində ümumilikdə 579 sessiya təşkil olunub.

Anaklaudia Rossbax bildirib ki, Urban Expo sərgisində 260 iştirakçı, innovator və həll təchizatçısı təmsil olunub. Sərgini isə 74 mindən çox insan ziyarət edib.

UN-Habitat rəsmisi qeyd edib ki, WUF13 865 media nümayəndəsi tərəfindən işıqlandırılıb. O əlavə edib ki, forum iştirakçılarının 55 faizini qadınlar və qızlar təşkil edib.

Forumda həmçinin 11 dövlət başçısı, 88 nazir, 76 nazir müavini və 130 şəhər meri iştirak edib.

UN-Habitatın icraçı direktoru vurğulayıb ki, bu göstəricilər şəhərlərin gələcəyi, dayanıqlı urbanizasiya və mənzil məsələləri ilə bağlı qlobal marağın artdığını nümayiş etdirir.
Leyla

Seçilən
35
1
olke.az

2Mənbələr