Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd Andranik Tevanyanın mənzilində axtarış aparılıb.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Tevanyanın ofisində də axtarış həyata keçirilib.
Qeyd edək ki, ötən gün Ermənistanın İstintaq Komitəsində A.Tevanyan barəsində dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi başladılıb. O, 2024-cü ildə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.