Braziliya Futbol Konfederasiyası (CBF) hesab edir ki, millinin hücumçusu Neymarın zədəsi “Santos”un açıqladığı qədər yüngül olmaya bilər.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, CBF-də 34 yaşlı futbolçunun sağlamlıq durumu ilə bağlı dəqiq məlumatların təqdim olunmamasından narazılıq var. Qeyd olunur ki, Neymarın dünya çempionatı öncəsi Panama ilə mayın 31-də və Misirlə iyunun 5-də baş tutacaq yoldaşlıq görüşlərində iştirakı çox aşağı ehtimalla mümkündür.
Bundan əlavə, Karlo Ançelottinin məşqçilər korpusu futbolçunun fiziki durumunun dünya çempionatının qrup mərhələsinin ilk turunda Mərakeşə qarşı iyunun 14-də keçiriləcək matçda oynamağa imkan verib-verməyəcəyini də müzakirə edəcək.