AZ

Rusiya ordusu xaricdəki vətəndaşlarını qoruyacaq YENİ QANUN

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası xaricdə haqsız yerə saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının qorunması məqsədilə ordunun istifadəsinə icazə verən qanun layihəsini təsdiqləyib.

Sözügedən sənəd daha əvvəl Dövlət Duması tərəfindən də qəbul edilmişdi.

"Cebheinfo.az" xəbər verir ki, yeni qanuna əsasən, Rusiya Prezidentinin qərarı ilə silahlı qüvvələr xaricdə “Rusiya vətəndaşlarını qorumaq” məqsədilə istifadə oluna biləcək.

Qanun layihəsi xüsusilə Rusiyanın tanımadığı və ya səlahiyyətini qəbul etmədiyi xarici məhkəmələrin qərarlarını hədəf alır.

Sənədə görə, Rusiya vətəndaşlarının xarici ölkələrdə həbs edilməsi, saxlanılması və ya cinayət təqibinə məruz qalması halında Kremlin zəruri hesab etdiyi addımlar atıla biləcək.

Qanun yalnız hərbi müdaxilə ilə məhdudlaşmır, digər dövlət qurumlarının da prosesə cəlb olunmasını nəzərdə tutur.

Rusiyalı deputatlar bildirirlər ki, bu dəyişiklik son illərdə artan bəzi hadisələr səbəbindən hazırlanıb.

Müdafiə Komitəsinin sədri Andrey Kartapolov xüsusilə Polşada saxlanılan rus arxeoloq Aleksandr Butyaqin hadisəsini xatırladıb. Butyaqin aprel ayında Belarus sərhədində həyata keçirilən məhbus mübadiləsi çərçivəsində Rusiyaya qaytarılmışdı.

“RBC” agentliyinin məlumatına görə, Rusiya rəsmiləri yeni qanunun avtomatik şəkildə hərbi güc tətbiqi anlamına gəlmədiyini vurğulayırlar. Onların sözlərinə görə, əsas məqsəd xarici dövlətlərə qarşı çəkindirici mexanizm yaratmaqdır.

Bununla yanaşı, qanun layihəsi Qərbdə Rusiyanın xaricdə əməliyyat səlahiyyətlərini genişləndirmək cəhdi kimi qiymətləndirilə bilər.

Qanun indi imzalanmaq üçün Rusiya Prezidenti Vladimir Putinə təqdim olunacaq.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
cebheinfo.az

2Mənbələr