AZ

Bakı-Tbilisi-Bakı qatarına neçə bilet satılıb? – Açıqlandı


Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, ümumilikdə, Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
“Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.
Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik”, - məlumatda deyilir.
Seçilən
73
33
yeniavaz.com

10Mənbələr