AZ

Barışıb, tərəf müqabili oldular

Bu yaxınlarda ayrılma xəbərləri ilə gündəmə gələn türkiyəli aktyor cütlük - Hafsanur SancaktutanKubilay Aka haqqında yeni iddialar ortaya çıxıb.

Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bir müddət əvvəl münasibətlərinə son qoyduqları deyilən məşhur cütlüyün yenidən barışdığı iddia olunur.

Hələlik tərəflər bu xəbərlərlə bağlı açıqlama verməsələr də, kulislərdə yayılan məlumatlar onların münasibətlərinə ikinci şans verdiklərini göstərir.

Cütlüyün şəxsi həyatı ilə bağlı xəbərlərin ardınca daha bir maraqlı iddia gündəmə gəlib. Bildirilir ki, Hafsanur Sancaktutan və Kubilay Aka yeni televiziya mövsümündə yayımlanması planlaşdırılan "Mercan Köşk" serialında baş rolları canlandıracaqlar. Beləliklə, vaxtilə eşq yaşayan iki məşhur aktyorun bu dəfə ekran qarşısında tərəf müqabili kimi çıxış edəcəyi gözlənilir.

Məlumata görə, serialın hadisələri Mersinin Tarsus bölgəsində cərəyan edəcək. Süjet polis qızı Cemrənin qəfil evliliyindən sonra həyat yoldaşının yoxa çıxması ilə başlayan sirli hadisələr ətrafında qurulub. Cemrənin həqiqəti üzə çıxarmaq üçün başladığı axtarış onu gözlənilməz hadisələrin mərkəzinə aparacaq.

Könül
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr