AZ

​Bu qəsəbəyə 500 min turist gedəcək -

Türkiyə əhalisi Qurban bayramı münasibətilə verilmiş 9 günlük tətilin dadını çıxarmağa hazırlaşır. Metbuat.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən istirahət mərkəzlərindəki yerlərin 90 faizi tutulub. Yaxın 3 gün ərzində bu rəqəmin 100 faiz nisbətində olacağı proqnozlaşdırılır. Yerli medianın yazdığına görə, turistlərin tərcihləri sırasında Bartın vilayətinin inzibati ərazi bölgüsünə daxil olan Amasra qəsəbəsi birinci yerdə dayanır. Cəmi 6600 nəfər əhalisi olan qəsəbədə 50-dən çox istirahət mərkəzi və otel fəaliyyət göstərir. Qurban bayramına bir həftədən çox vaxt qalmasına baxmayaraq, Amasradakı otel və istirahət mərkəzlərində bütün yerlər rezervasiya olunub. Amasra Mədəniyyət və Turizm İdarəsi bayram günlərində qəsəbəyə ən azı 500 min turistin gələcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Amasra qəsəbəsi Qara Dənizin sahilində yerləşir. Ecazkar təbiəti və tarixi Amasra qalası qəsəbəni turistlər üçün cəlbedici məkana çevirib.

Seçilən
23
metbuat.az

1Mənbələr