AZ

Braziliyalı nümayəndə: Şəhər və urbanizasiya proseslərində əsas qlobal trend mənzil məsələsidir

Bakı, 22 may, AZƏRTAC

Şəhərlər və urbanizasiya ilə bağlı proseslərdən danışarkən burada ən vacib qlobal trendlər əslində mənzil məsələsidir. Bu da Bakının ev sahibliyi etdiyi Ümümdünya Şəhərsalma Forumunu 13-cü sessiyasının əsas mövzusudur.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Braziliya nümayəndəsi Kamila Cordan deyib.

“Biz yalnız ən həssas icmalarda deyil, həm də orta təbəqəyə məxsus insanların da mənzilə olan ehtiyacları barədə düşünməliyik. Mənzil məsələsi həqiqətən təbliğ etməli və təcili tədbirlər görməli olduğumuz ən vacib mövzulardan biridir”,- deyə Kamila Cordan əlavə edib.

Seçilən
49
1
azertag.az

2Mənbələr