AZ

Sevgilisinə şillə vurmaq 1000 manata başa gəldi

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakıda kafedə 47 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 31-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakovski küçəsində baş verib. Oğuz rayon sakini, 1979-cu il təvəllüdlü Adil həmin gün saat 15 radələrində qeyri-rəsmi yaşadığı Vüsalənin (adlar şərtidir – red.) işlətdiyi adsız kafeyə gəlib. O, kafenin mətbəxində Vüsalənin ona qarşı nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə onun üz nahiyəsindən iki dəfə vurub, ona ağrı simptomu ilə müşayiət olunan xəsarətlər yetirib. İş üzrə ifadə verən Adil bildirib ki, təxminən 10 ilə yaxındır Vüsalə ilə qeyri-rəsmi münasibətdə olublar:“Məlum hadisədən əvvəl Vüsalə ilə telefon vasitəsilə danışarkən mübahisələrimiz oldu. Həmin gün təxminən saat 15 radələrində münasibətlərimizi aydınlaşdırmaq üçün onun işlətdiyi kafeyə getdim. Kafenin mətbəxində söhbət edərkən o, mənimlə kobud danışdı. Buna görə aramızda mübahisə yarandı.

Bundan qəzəblənərək iki dəfə əlim ilə onun üz nahiyəsindən zərbələr vurdum”. Adil qeyd edib ki, Vüsalə ilə əvvəllər çox yaxşı münasibətləri olub, ona çox dəstək olub. O, etdiyi əməldən peşman olduğu söyləyib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Adil 1000 manat miqdarında cərimə olunub.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
demokrat.az

1Mənbələr