AZ

Məhkəmə qərarı: İspaniya müğənni Şakiranın 55 milyon avrosunu qaytarmalıdır  

İspaniya məhkəməsi kolumbiyalı müğənninin apellyasiya şikayətini təmin edərək, vergi orqanlarının 2011-ci ildə ondan qanunsuz olaraq 55 milyon avrodan (təqribən 110 milyon AZN) çox pul  mənimsədiyi barədə qərar verdi. 

Ölkə.az  xəbərə verir ki, məhkəmənin qərarına görə, Şakira həmin vaxt İspaniyada vergi rezidenturası üçün tələb olunan 183 gün deyil, cəmi 163 gün keçirib və hakimiyyət onun ölkədə əsas iqtisadi maraqlarının olduğunu sübut edə bilməyib.

Qərarda bildirilir ki, xəzinədarlıq tutulan məbləğləri faiz və məhkəmə xərcləri ilə birlikdə geri qaytarmağa borcludur.

Sənətçi özü məhkəmə prosesini sağlamlığına və ailəsinə mənfi təsir göstərən səkkiz illik bir sınaq kimi təsvir edib.
“İllərlə davam edən ictimai rüsvayçılıq və şəxsiyyətə sui-qəsd kampaniyalarından sonra məhkəmə nəhayət hər şeyi yoluna qoydu”, - Şakira  bildirib və əlavə edib ki, heç bir saxtakarlıq baş verməyib.

Hökm yalnız 2011-ci vergi ilinə şamil edilir və İspaniya agentliyi artıq Ali Məhkəməyə apelyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb. İş tam həll olunana qədər ödənişlər edilməyəcək.

Bundan əvvəl, 2023-cü ilin noyabr ayında Şakira 2012-ci ildən 2014-cü ilə qədər başqa bir hadisəyə görə həbs cəzasından yayınıb. Həmin vaxt o, 14,5 milyon avro vergidən yayınma ittihamlarını etiraf etmiş və işi həll etmək üçün bu məbləğin yarısı və üstəgəl 438.000 avro cərimə ödəməyə razı olub.

 Mürtəza

Seçilən
28
1
olke.az

2Mənbələr