“Tuluza” baş məşqçi postuna yeni təyinat edib.
İdmanxeber.az-ın məlumatına görə, Fransa təmsilçisini bundan sonra danimarkalı mütəxəssis Jens Bertel Askou çalışdıracaq. O, son olaraq Şotlandiyanın “Motervell” klubunda işləyib.
Askounun rəhbərliyi altında “Motervell” ötən mövsümü 4-cü pillədə başa vurub və avrokuboklara vəsiqə qazanıb. “Tuluza” isə Liqa 1-də 10-cu yeri tutub.