AZ

Türkiyənin məşhur universieti bağlandı 20 min tələbəsi var idi

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Türkiyədə “Can Holding”in tərkibində fəaliyyət göstərən İstanbul Bilgi Universitetinin fəaliyyəti dayandırılıb.

Qərar Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənərək qüvvəyə minib.

1996-cı ildən fəaliyyət göstərən universitet Türkiyənin ən böyük özəl ali təhsil müəssisələrindən biri hesab olunurdu. Universitetin 20 mindən çox tələbəsi, 70 mindən artıq məzunu və 1000-dən çox akademik heyəti var. Təhsil ocağında 8 fakültə, 3 institut, 3 peşə ali məktəbi və 150-dən çox təhsil proqramı fəaliyyət göstərirdi.

Universitet daha əvvəl “Can Holding”ə qarşı aparılan araşdırmalardan sonra kayyum nəzarətinə verilmişdi. Son qərarla ali məktəbin fəaliyyəti tam dayandırılıb.

Türkiyə qanunvericiliyinə əsasən, vəqf universitetlərinin fəaliyyətinin dayandırılması tələbələrin təhsil hüquqlarına təsir etmir. Bu səbəbdən İstanbul Bilgi Universitetinin tələbələri təhsillərini universitetin zəmanətçi ali məktəbi olan Memar Sinan Gözəl Sənətlər Universitetində davam etdirəcəklər.

Qeyd edək ki, Türkiyədə bütün vəqf universitetləri üçün zəmanətçi ali təhsil müəssisəsinin dövlət universiteti olması məcburidir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
azpolitika.info

1Mənbələr