AZ

WUF13: “Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir” mövzusunda müzakirələr aparılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində UNECA - Birləşmiş Millətlər Təşkilatının Afrika üzrə İqtisadi Komissiyasının “Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir” mözusunda tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, milli və yerli hökumətləri, regional təsisatları, inkişaf tərəfdaşlarını, vətəndaş cəmiyyətini, elmi dairələri və özəl sektoru bir araya gətirməklə bu tədbir davamlı şəhərsalmaya inteqrasiya olunmuş yanaşmalar ətrafında dialoqu, təcrübə mübadiləsini və əməkdaşlığı təşviq edib.

Müzakirədə Birləşmiş Millətlər Təşkilatının Afrika üzrə İqtisadi Komissiyasının İdarəetmə və İnsan Hüquqları Bölməsinin rəhbəri Issaka Garba Abdo, Komissiyanın mütəxəssisi Thomas Sinmegn, UN-Habitat-ın Afrika üzrə Regional Ofisində Proqram İdarəetmə Mütəxəssisi Ceyn Lumumba, Keniya Hökumətində Şəhər İdarəçiliyinin İdarəetmə və Dayanıqlılıq üzrə Baş Direktor müavini Robert Sangori, Zimbabvenin paytaxtı Harare şəhərinin meri Ceykob Mafume və digərləri çıxış ediblər.

Bildirilib ki, Afrikada şəhərsalma artıq uzaq bir tendensiya deyil. Bu, hazırkı dövrdə sürətlənən bir reallıqdır. Çıxışçılar, həmçinin qeyd ediblər ki, dayanıqlılıq dedikdə təkcə infrastruktur deyil, həm də yerli idarəetmə nəzərdə tutulur. Bu çərçivədə dayanıqlı şəhər məkanlarının prosesə necə inteqrasiya olunacağını və texniki tərəflərini dərindən təhlil etməliyik.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
azertag.az

1Mənbələr