AZ

Məşqdə vəfat edən vəzifəli şəxslə bağlı yeni məlumat -

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən idman zallarından birində məşq zamanı vəfat edən Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev barədə yeni məlumatlar məlum olub.Mərhumun ailə üzvlərinin Metbuat.az-ın bölgə müxbirinə verdiyi məlumata görə, 41 yaşlı Fuad Mirzəyev ailənin böyük övladı olub və bir qardaşı var imiş. Mərhum ailəli olub, 5 yaşlı oğlu yadigar qalıb. Yaxınlarının dediyinə görə, F.Mirzəyev ciddi səhhət problemindən şikayət etməyib. Onun ailəsinə, xüsusilə azyaşlı oğluna bağlı və qayğıkeş insan olduğu qeyd olunub.Fuad Mirzəyev Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Mərdəkan qəbiristanlığında dəfn edilib.Allah rəhmət eləsin!

Davud Tarverdiyev / Metbuat.az

Seçilən
3
1
metbuat.az

2Mənbələr