AZ

Zambiya nümayəndəsi: “WUF13-də böyük təcrübə qazanaraq ölkəmizə qayıdırıq”

“Bu gün forumun sonuncu günüdür və tədbir tərəfindən çox yaxşı təşkil olunub".

Bu sözləri Bizim.Media-ya açıqlamasında Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edən Zambiya Planlaşdırıcılar İnstitutunun vitse-prezidenti Charity Chinsenda qeyd edib.

“Xüsusilə gənclərin də bu foruma cəlb edilməsini bəyəndim. Həmçinin, çox sayda məktəblinin iştirakı da müsbət haldır. Forum boyunca sessiyalarda çox keyfiyyətli müzakirələr aparıldı. Müzakirələrin əsas nöqtəsi mənzil problemləridir. Çünki əsas sual budur: şəhərlər böyüdükcə biz mənzil təminatını maliyyələşdirə biləcəyikmi?".

Xarici nümayəndə bildirib ki, onlar forumdan xeyli təcrübə ilə qayıdırlar:

"Biz ölkəmizə çoxlu dərslərlə qayıdırıq ki, insanların ölkəmizə gəlib necə investisiya edə biləcəyini və həm əlçatan, həm də şəhər üçün gəlirli mənzillər inşa etməyin yollarını araşdıraq".

Müsahibimiz Bakıdan söhbət açıb:

"Bakını, xüsusilə buradakı incəsənəti çox bəyəndim, şəhərdə gəzdim. Həmçinin, xalçalarınızı da çox bəyəndim".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

Seçilən
18
50
bizim.media

10Mənbələr