Azərbaycan üçün WUF13 kimi beynəlxalq platformalar öz inkişaf modelini dünyaya təqdim etmək imkanı yaradır.
Bunu Publika.az-a açıqlamasında deputat Aydın Hüseynov bildirdi.
Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunda iştirak edən ölkələr urbanizasiya, ağıllı şəhər idarəetməsi və sosial infrastruktur sahəsində bir-birinin təcrübələri ilə tanış olurlar:
“Bu forum inkişaf edən ölkələr üçün mühüm əhəmiyyət daşıyır. Burada yeni tərəfdaşlıqlar yaranır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları genişlənir. Azərbaycan da bu platformada təcrübəsini təqdim edir.
Son illərdə Qarabağ və Şərqi Zəngəzurda geniş yenidənqurma işləri aparılır. Bu layihələr regionda yeni urban inkişaf yanaşması formalaşdırır. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur. Yaşıl enerji layihələri həyata keçirilir. Müasir yollar və rəqəmsal idarəetmə sistemləri qurulur. Bu layihələr bir çox ölkələrin diqqətini cəlb edir. Eyni zamanda onlar yeni yaşayış məkanlarının planlaşdırılması üçün nümunə hesab olunur”.