AZ

BMT rəsmisi: WUF şəhərsalma ilə bağlı keçirilən ən böyük forumdur

Ümumdünya Şəhərsalma Forumu (WUF) çox mühüm təşəbbüsdür və tarixdə şəhərsalma ilə bağlı keçirilən ən böyük forumdur.

APA xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Baş icraçı katib müavini Dmitry Mariyasin WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada deyib.

O, WUF13-ün uğurlu təşkilinə görə Azərbaycana təşəkkür edib.

O vurğulayıb ki, ekologiya mövzusu tez-tez gündəmdə olan bir məsələ deyil və kifayət qədər diqqət çəkmir, lakin çəkməlidir, çünki bu, gələcəklə bağlıdır: “Bu, rəqabət qabiliyyətlilik, seçimlər və düzgün qərarların verilməsi ilə birbaşa bağlıdır”.

Seçilən
32
1
apa.az

2Mənbələr