AZ

Rauf Arifoğlu ARB24-də: Avropa Parlamentinin Azərbaycana qarşı siyasəti və Paşinyanın açıqlamaları müzakirə olunur

Hazırda ARB24 televiziyasının “İşgüzar səhər” proqramının canlı yayımının qonağı Yeni Müsavat Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğludur.

Musavat.com xəbər verir ki, veriliş zamanı Avropa Parlamentinin Azərbaycanla bağlı həyata keçirdiyi siyasət və bu siyasət fonunda Avropa Parlamentinin öz deputatlarının bir-birini qarşılıqlı ittiham etməsi məsələsi geniş müzakirə olunur.

Canlı efirdə həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın son mətbuata açıqlamaları, bölgədə gedən siyasi proseslər və Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılır.

“İşgüzar səhər” proqramının aparıcısı Çinarə Nurməmmədovadır.

Musavat.com maraqlı canlı yayımı təqdim edir.


Seçilən
31
musavat.com

1Mənbələr