Ajans.az xəbər verir ki, bu barədə Bloomberg partiyanın sədr müavini Gül Çiftçiyə istinadən məlumat yayıb. Məlumata görə, Ankara Apellyasiya Məhkəməsi 2023-cü ildə keçirilən CHP qurultayının nəticələrini ləğv edib. Qərar Özgür Özelin partiya sədri seçilməsini də qüvvədən salır. Qərarın elan olunmasından sonra Borsa İstanbul 100 indeksində 6,1% ucuzlaşma qeydə alınıb. Eyni zamanda, dövlət banklarının lirəni sabit saxlamaq üçün əvvəlki gün təxminən 6 milyard dollar həcmində müdaxilə etdiyi bildirilir. Qeyd edək ki, 2 mayda “BirGün” qəzeti Türkiyə Bələdiyyələr Birliyinin Ankarada keçirilən iclasında həbsdə olan keçmiş İstanbul meri Əkrəm İmamoğlunun məktubunun oxunması ilə bağlı siyasətçilər arasında gərginlik yaşandığını yazmışdı.