AZ

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəe dilən və parlamentin plenar iclasına tövsiyə olunan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihədə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək:

Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi

Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi

Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi.

Seçilən
11
18
apa.az

10Mənbələr