AZ

Şəfa nın yeni baş məşqçisinin kim olacağı dəqiqləşdi

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

1-ci Liqada sona 1 tur qalmış çempionluğu rəsmiləşdirən "Şəfa"nın rəhbərliyi komandanı Premyer Liqaya daşıyan baş məşqçi Elgiz Kərəmli ilə əməkdaşlığa davam etmək niyyətində deyil.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, artıq onun yerini kimin tutacağı da dəqiqləşib.

Bakı təmsilçisi hazırda "Zirə"nin futbol akademiyasının koordinatoru qismində fəaliyyət göstərən Zaur Həşimova tapşırılacaq. 

34 yaşlı Kərəmlinin "Şəfa" ilə ötən mövsüm 2-ci Liqanın gedişində bağladığı müqavilədə "+1" bəndi olduğu üçün klub mütəxəssisə təzminat ödəməli olacaq.

Xatırladaq ki, "Şəfa" bu gün 1-ci Liqanın son turu çərçivəsində "Zaqatala" ilə qarşılaşacaq.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
fanat.az

3Mənbələr