ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü Qamışlıgöl kənd sakinləri ilə keçirib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
İcra başçısının kədlilərlə səyyar görüşü müzakirələrə səbəb olub. Belə ki, kənd sakinlərinin günün altında oturması tənqidə səbəb olub.
Bunu əks etdirən görüntülər Cəlilabad RİH-in sosial şəbəkə hesabında paylaşılıb.
Həqiqətən camaat günün altında əyləşib, yoxsa bir rakursdan çəkilmiş şəkildir?
Yaranan sualla bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Sadiq Şahbazov Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib ki, bu hal təbiətin normal gedişatından irəli gəlmişdir: “Səyyar qəbul səhər saat 10:00-da başlamış və təxminən 3 saat davam etmişdir. Qəbulun ilk hissəsində icra başçısı da daxil olmaqla bütün iştirakçılar ağacın kölgəsində əyləşmişdir. Görüş davam etdikcə günəşin istiqaməti təbii olaraq dəyişdiyindən bəzi vətəndaşların üzərinə gün düşmüşdür. Kadrlar da qəbulun sonuna yaxın çəkilib. Bu hal hər hansı qərəzli münasibətdən deyil, təbiətin normal gedişatından irəli gəlmişdir.
Qeyd edək ki, həmin gün ölkə ərazisində olduğu kimi Cəlilabad rayonunda da hava şəraiti sərin keçmiş, temperatur aşağı olduğundan günəş şüaları narahatlıq yaradacaq səviyyədə olmamışdır.
Adi və təbii bir vəziyyətin bəzi şəxslər tərəfindən məqsədli şəkildə şişirdilərək fərqli formada təqdim olunması isə təəssüf doğurur”.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.