AZ

Almaniya Böyük Britaniyanın rəhbərlik etdiyi Hörmüz təhlükəsizlik səylərinə qoşulmağa hazırlaşır

Almaniyanın xarici işlər naziri Vadeful bildirib ki, Almaniya Britaniyanın rəhbərliyi altında Hörmüz boğazının təhlükəsizliyini təmin etmək səylərində iştirak etməyə hazırlaşır, lakin bunu NATO missiyası kimi görmür.

Redaktor.az xəbər verir ki, nazir bu barədə açıqlamasında Almaniyanın regional təhlükəsizlik təşəbbüslərinə dəstək verməyə açıq olduğunu, lakin əməliyyatın NATO çərçivəsinə daxil edilməsini düzgün hesab etmədiyini bildirib.

O, ABŞ ilə aparılan danışıqlara da toxunaraq Vaşinqtonun mümkün hərbi və logistika dəyişikliklərini Avropadakı müttəfiqlərlə koordinasiya edəcəyinə dair siqnallar verdiyini qeyd edib.

Vadeful həmçinin ABŞ Prezidenti Donald Trampın Polşaya əlavə 5000 ABŞ əsgəri yerləşdirmək qərarını alqışlayıb.

Eyni zamanda o, Almaniyanın ABŞ-ni Almaniya ərazisinə uzun mənzilli raketlərin yerləşdirilməsi planına sadiq qalmağa dəvət etdiyini də vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
19
1
redaktor.az

2Mənbələr