AZ

ABŞ UNO-nu ələ keçirmək üçün 13 qırıcı təyyarə qaldırıb?


ABŞ-nin Uçan Naməlum Obyekt (UNO) hadisələri ilə bağlı açıqladığı sənədlərdə maraqlı bir fakt ortaya çıxıb.
Yeniavaz.
com xəbər verir ki, bu barədə “Newsweek” jurnalı “The Disclosure Foundation”ın məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri UNO-nu ələ keçirmək üçün havaya ən azı 13 qırıcı təyyarə qaldırıb.
Sənəddə həmçinin deyilir ki, obyekt şaquli olaraq yuxarı və aşağı hərəkət edib ki, bu da təyyarənin hərəkətindən fərqli olub.
“O, böyük bir ulduza bənzəyirdi”, - deyə sənəddə qeyd edilib.
Mətndə UNO-nun mavi çalarlı ağ, parlaq bir işıq yaydığı da qeyd olunub.
Hadisənin baş verdiyi tarix barədə məlumat verilməyib.
Seçilən
23
yeniavaz.com

1Mənbələr