Bakı, 22 may, AZƏRTAC
Qlobal Cənub ölkələrinin şəhər mərkəzləri hazırda urbanizasiya ilə bağlı ciddi çağırışlarla üz-üzədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Efiopiya nümayəndəsi Şatayo Orli Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Siyasətdən praktikaya - Addis-Ababada İnsan Mərkəzi Şəhər Transformasiyasında Səyahət” mövzusunda paneldə məlumat verib.
Qeyd olunub ki, son 20 ilə yaxın dövrdə sürətli urbanizasiya prosesi müşahidə olunur və yaxın illərdə bu tendensiyanın daha da güclənəcəyi gözlənilir. Xüsusilə Africa və Asia regionlarında şəhərlərə miqrasiyanın artacağı proqnozlaşdırılır. Urbanizasiyanın düzgün idarə olunmaması mövcud şəhər problemlərini daha da ağırlaşdıra bilər. Müzakirələr zamanı yaşıl zonaların və ekoloji yönümlü urban inkişafın əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, parklar, yaşıllıq əraziləri və dayanıqlı şəhərsalma layihələri iqlim dəyişikliklərinin təsirini azaltmaqla yanaşı, insanların həyat keyfiyyətinin yüksəldilməsinə də mühüm töhfə verir.
Fotoqraf - Nurlan Tahirli