AZ

Sevgilisindən aldığı pulu qaytarmadığı üçün onu döydü, məhkəmə 1500 manat cərimələdi

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının Xətai rayonunda qadın sevgilisi tərəfindən döyülüb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Orxan İsmayılov küçəsində yerləşən evlərdən birində baş verib. Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Tacəddin birgə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Türkanla (adlar şərtidir – red.) mübahisə edib. O, qadının sifət nahiyəsinə qəsdən əli ilə vurmaqla, onu döyüb, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə ifadə verən Tacəddin ifadəsində göstərib ki, Türkan ilə 6 aya yaxındır tanışdır və onunla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayıblar: “Onunla yaşadığım müddət ərzində mehriban olsaq da, son zamanlar mənə verdiyi borc pulu qaytarmamağım səbəbi ilə aramızda tez-tez mübahisələr baş verdi. Sonuncu dəfə məlum hadisə günü, saat 13:20-də birgə yaşadımız evdə olarkən Türkan mənə verdiyi borc pulu qaytarmamağımın səbəbini soruşdu. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə vaxt Türkanın sifət nahiyəsindən əl zərbələri ilə bir neçə dəfə vuraraq, onu döydüm. Onu döyməyim barədə polisə məlumat verəcəyini bildirdikdən sonra evdən getdim”. Xətai Rayon Məhkəməsinin hökmü ilə Tacəddin 1500 manat miqdarında cərimə olunub.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
demokrat.az

1Mənbələr