Kəramət Böyükçöldən Kamal Abdullanın "qadın evdə oturub uşağa baxsa yaxşı olar" sözlərinə CAVAB
"Xalq yazıçısı Kamal Abdulla deyir ki, qadın evdə oturub uşağa baxsa yaxşı olar. Görünür, Kamal müəllimin maddi imkanı yaxşı olduğu üçün belə düşünür. Necə yəni qadın evdə otursun?".
Sitat.info əbər verir ki, bu sözləri yazıçı Kəramət Böyükçöl feyzbuk hesabında yazıb.
O əlavə edib:
"Mən səhərdən axşama kimi işləyib evə pul gətirməliyəm, o da rahat evdə oturub yeməlidir? Bu nə düşüncədir? Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də. Lox-zadam mən? Həm də işləmək qadını yorur, enerjisi azalır, axşam evə gələn kimi də yıxılıb yatır, evdə sakitçilik olur".
Qeyd edək ki, son günlər deputat Günay Ağamalı və Xalq yazıçısı Kamal Abdullanin ailə, qadının cəmiyyətdəki rolu və “uşaq pulu” ilə bağlı səsləndirdikləri fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hər iki şəxsə qarşı müxtəlif tənqidi və təhqiramiz paylaşımlar edilməsi ictimai müzakirələrdə söz azadlığı və sosial şəbəkə etikası məsələsini yenidən gündəmə gətirib.