AZ

Bu il 23 min 335 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bu il 23 min 335 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.

O bildirib ki, 2026-ci il tapılan piyadaəleyhinə minaların sayı 1447, tankəleyhinə 542, partlamamış hərbi sursatın sayı isə 12 min 302 ədəd təşkil edir.

“Humanitar minatəmizləmə fəaliyyəti yalnız fiziki təhlükəsizliyin təmini deyil, həm də məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışı, regionda sosial-iqtisadi reinteqrasiya, sülh və davamlı inkişafın bərqərar olunması üçün fundamental əhəmiyyət kəsb edir”, - deyə Samir Poladov vurğulayıb.

Seçilən
0
3
azerbaijan-news.az

4Mənbələr