AZ

Zelenski Yermakın işi ilə bağlı hələ də rəsmi mövqe BİLDİRMƏYİB

Zelenski Andrey Yermakın işi ilə bağlı 11 gündür susur.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ukrayna Prezidentinin Ofisinin sabiq rəhbəri Andrey Yermakın cinayət işi ilə bağlı ittihamlar irəli sürülməsinə baxmayaraq, prezident Volodimir Zelenski hələ də məsələyə münasibət bildirməyib.

TASS-ın hesablamalarına görə, Andrey Yermak barəsində ittihamlar irəli sürüləndən artıq 11 gün keçib, lakin dövlət başçısı bu müddət ərzində baş verənlərlə bağlı hər hansı şərh və ya açıqlama verməyib.

Yermakın adı korrupsiya və qanunsuz yolla əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı qalmaqallı işdə hallanır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr