AZ

Tanınmış məşqçidən sürpriz qərar: "Ronalduya çempion olmağa kömək etmək üçün gəlmişəm"

"Əl-Nəsr"in baş məşqçisi Jorje Jezuş Səudiyyə Ərəbistanı Pro Liqasında çempion olduqdan sonra komandadan ayrıldığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano portuqaliyalı çalışdırıcının dediklərini belə çatdırıb:

"Mən bu çağırışı yalnız Kriştianuya görə qəbul etmişdim. Ona "Sənin çempion olmağına kömək edəcəyəm, kuboku qazanacağıq və sonra gedəcəm" demişdim. Vəssalam! Mənim üçün tapşırıq tamamlandı. Bu, "Əl-Nəsr"in baş məşqçisi kimi son oyunum idi". 

Portuqaliyalı məşqçi komandanı 2025-ci ilin avqustunda təhvil almışdı.

Səudiyyə Ərəbistanı çempionatında "Əl-Nəsr" 86 xal qazanaraq turnir cədvəlində birinci yeri tutub. "Əl-Hilal" 84 xalla ikinci olub.

"Əl-Nəsr"in hücumçusü və kapitanı Kriştianu Ronaldu ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub.

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr