AZ

Suriyada post-müharibə dövründə 30 milyon insan köçkün vəziyyətindədir

Bakı, 22 may, AZƏRTAC

Post-münaqişə zonalarında şəhərsalmanın bərpası zamanı ən böyük çağırış torpaq mülkiyyəti məsələlərində etimadın və hüquqi sənədlərin bərpasıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri GIZ təşkilatının Proqram meneceri Lena Vayler Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Təcrübədə sadə keçidlər: Qeyri-rəsmi və böhran üçün rəqəmsal alətlərin birgə yaradılması” adlı tədbirdə deyib.

O, müharibədən zərər çəkmiş regionlardakı acınacaqlı vəziyyətə toxunub: “BMT UN-Habitat ilə birlikdə çalışdığımız Suriyada hazırda aktiv fəaliyyətimiz var. Orada təxminən 30 milyon insanın köçkün vəziyyətinə düşdüyü post-müharibə şəraiti mövcuddur. Belə bir şəraitdə əsas sual ortaya çıxır: torpaq kimə məxsusdur və kim onun üzərində hüququnu sübut edə bilər? Torpaq mülkiyyətini təsdiqləyən sənədlərin rəqəmsal idarə olunması olduqca çətin və kritik məsələdir”.

Müxbir - Aynur Əlixanlı

Seçilən
6
1
azertag.az

2Mənbələr